“AnewZ” prodüseri: Belə ekran əsərləri Azərbaycanı dünyaya tanıdır

21.05.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində "Şəki: Şəbəkə, tarix və sənətkarlığın Azərbaycanın canlı irsini toxuduğu məkan" adlı film nümayiş olundu. Bunun nəticəsində Azərbaycan haqqında çox məlumat öyrəndik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən “AnewZ” telekanalının aparıcı prodüseri Federiko Naccacce deyib.

"Filmi beynəlxalq auditoriyaya nümayiş etdirmək üçün burada gözəl şərait yaradılıb. Ölkənizdə istedadlı şəxslər çoxdur. Belə ekran əsərlərini izləyən xarici tamaşaçılar Azərbaycanı daha yaxından tanıyaraq ona heyran olurlar ", - deyə o qeyd edib.

Müxbir - Gülay Nəzərova

Operator - Ələkbər Baxşiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью