Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Tottenhem”in sabiq baş məşqçisi Ange Postekoqlu yenidən İngiltərə Premyer Liqasında çalışmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu mövsüm elitada qalmaq uğrunda mübarizə aparan “Lids” klubu avstraliyalı mütəxəssislə danışıqlara başlayıb.
Premyer Liqada təcrübəli çalışdırıcı axtarışında olan klub Postekoqlunu əsas namizədlərdən biri kimi dəyərləndirir.
Bununla yanaşı, Postekoqlunun keçmiş klubu olan Şotlandiyanın “Seltik”i də 60 yaşlı məşqçi ilə əlaqə saxlayaraq onun yenidən komandaya qayıtmaq ehtimalını müzakirə edib.
Qeyd edək ki, Ange Postekoqlunun son iş yeri “Nottingem Forest” olub.
Sergen Yalçın Rafa Silva haqqında: "İndiki halda komandada qalması..." Uduzdu, söydü, cəzalandı: Alleqri bildiyimiz kimi "Mançester Siti" və "Çelsi" "Bavariya"nın oyunçusunu izləyir "Arsenal" 3 xalı 1 qolla qazanıb “Real Madrid”dən növbəti qələbə