Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 27 sentyabr, AZƏRTAC
27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və kollektivi Zəfər parkında olublar.
ADSEA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin kollektivi Zəfər parkında xatirə daşının önünə gül dəstələri düzərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla yad edib.