Anım Günü tədbirinə transgender müğənni çağırdılar “Bilməmişik”

17.10.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evində Anım Günü ilə bağlı keçirilən tədbirə transgender müğənni dəvət olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Azyaşlıların önündə Aygün Kazımovanın repertuarıından “Vətən anadır” mahnısını ifa edən transgender ictimaiyyətin narazılığına səbəb olub.

Sözügedən müəssisənin bədii rəhbəri Etibar Nurməmmədov tədbirə transgenderin dəvət olunmasından xəbərsiz olduqlarını bildirib:

“Onu dəvət edən işçi müdirə bu haqda məlumat vermədiyi üçün işdən çıxarılıb. Bilməmişik ki, belə bir adamdır. Biz həmin adamı içəri girəndən sonra görmüşük. Elə biri olduğunu biləndə çıxışı yarımçıq saxlayıb çölə çıxarmışıq”.

Məsələ ilə bağlı Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evindən bildirilib ki, müəssisə fəaliyyətini gələcək tədbirlərin hazırlanması və icrası zamanı yaradıcılığın və bədii zövqün inkişafı, eləcə də mədəni mühitin zənginləşdirilməsi istiqamətində davam etdirəcək. 

Ətraflı “Baku TV”nin videomaterialında:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью