Anım Gününə həsr olunan sərgi açıldı FOTO

27.09.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Füzuli şəhərində rəsm sərgisi açılıb.
Bizim.Media xəbər verir ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Anım Gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Vətən müharibəsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına və şəhidlərin qəhrəmanlıq yoluna həsr olunmuş müxtəlif materiallar nümayiş etdirilib.
Şagirdlərin hazırladığı əl işləri və mövzu ilə bağlı digər nümunələr sərgi iştirakçılarına təqdim olunub.
Tədbirdə şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların həyat və döyüş yolunun gənc nəslə çatdırılmasının vacibliyi vurğulanıb.




Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью