Icma.az bildirir, Kulis.az portalına istinadən. 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində fevralın 27-28-də “ANİMAFİLM Gənc
Kulis.az xəbər verir ki, tədbir Gəncə Dövlət Kukla Teatrında baş tutacaq və tamaşaçılar üçün ödənişsiz olacaq.
Festivalda yerli və xarici animasiya filmlərinin nümayişi, həmçinin müzakirələr və səsvermə nəzərdə tutulub.
Proqram uşaqlar, yeniyetmələr və böyüklər üçün xüsusi seansları əhatə edir.
Tədbir Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Qeyd edək ki, Assosiasiya 2018-ci ildən etibarən ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını təşkil etməklə ölkədə milli animasiya sənətinin inkişafına dəstək verir.
Qeyd edək ki, son illərdə regionlarda animasiya sənayesinin təşviqinə yönəlmiş festivallar ənənəyə çevrilib.
2021-ci ildə Şəkidə, 2023-cü ildə Naxçıvanda, 2024-cü ildə isə Lənkəranda ANİMAFİLM festivalları keçirilib.