“ANİMAFİLM Xankəndidə” festivalı keçirildi FOTOLAR

28.11.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Noyabrın 28-də Xankəndidə “ANİMAFİLM Xankəndidə” adlı animasiya festivalı keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Tədbir Xankəndi 1 nömrəli körpələr evi-uşaq bağçasında baş tutub.

Azərbaycan Animasiya Assosiasiyası tərəfindən həyata keçirilən festival çərçivəsində uşaqlar üçün animasiya film nümayişləri, interaktiv görüşlər və yaradıcılıq fəaliyyətləri təşkil olunub. 

Tədbirin xüsusi qonağı əməkdar mədəniyyət işçisi, tanınmış animasiya rejissoru və rəssam Elçin Hami Axundov, Azərbaycan animasiyasının inkişaf istiqamətləri, yaradıcı proseslər və gələcək layihələr barədə danışaraq uşaqlarla interaktiv müzakirələr aparıb. 

Təşkilatçı Azərbaycan Animasiya Assosiasiyasının sədri, Rəşid Ağamalıyev bildirib ki, festivalın əsas məqsədi bölgədə uşaqların yaradıcı inkişafına dəstək vermək, animasiya mədəniyyətini təbliğ etmək və mədəni həyatın canlandırılmasına töhfə verməkdir.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью