Anjey Duda Azərbaycan sərhədinə gəldi VİDEO

27.11.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda səfərdə olan Polşa Prezidenti Anjey Duda Azərbaycanla sərhəddə yerləşən Yerasx qəsəbəsinə gəlib. 

Globalinfo.az xəbər verir ki, bu barədə prezident X hesabında paylaşım edib.

Duda sərhəddə monitorinq həyata keçirən Avropa İttifaqının müşahidəçi missiyası ilə görüşüb. O, ittifaqın Ermənistandakı missiyasının rəhbəri Markus Ritter və onun müavini Marek Kuberski ilə bir araya gəlib.

Qeyd edək ki, Anjey Duda sentyabrın 26-da Ermənistana gəlib.

Əliyar Xəlil
Globalinfo.az  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью