Ankalayev məğlubiyyətdən sonra ilk dəfə danışdı

06.10.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dağıstanlı UFC döyüşçüsü Maqomed Ankalayev Aleks Pereiraya məğlubiyyətindən sonra ilk dəfə açıqlama verib.

Fanat.Az xəbər verir ki, idmançı ondan üz döndərənlərə təşəkkür edib:

"Əgər Allah məni bir məğlubiyyətlə sınayırsa deməli məni gücləndirmək istəyir. Onun iradəsinə baş əyirəm. Yanımda qalanlara təşəkkür edirəm. Mənə üz çevirənlərə də təşəkkür edirəm. Çünki Allah yolu sadəcə zəifliklərdən deyil, gərəksiz insanlardan da təmizləyir"

33 yaşlı döyüşçünün bu fikirləri sevənləri tərəfindən müsbət qarşılanıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью