Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib

05.06.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 5 iyun, AZƏRTAC

Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında daxili reyslə uçan sərnişin təyyarəsinin salonunda yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğının səbəbi sərnişinlərdən birinin portativ enerji mənbəyi olub.

Təcili yardım xidmətlərinin məlumatına görə, “Pegasus” aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağına doğru hərəkət edərkən şarj cihazı tüstülənməyə başlayıb. Pilot vəziyyəti bildirmək üçün hava limanının idarəetmə qülləsi ilə əlaqə saxlayıb.

Ankara-İzmir reysindəki sərnişinlər təxliyə edilib. Təyyarənin göyərtəsindəki yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Mülki Aviasiya Baş İdarəsi əvvəllər təhlükəsizlik riski səbəbindən təyyarələrdə portativ cihazların doldurulmasına qadağa qoyduğunu açıqlayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью