Ankara Alyansın əsas dayaqlarından birinə çevrilir Siyası şərhçi

06.07.2026

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“NATO-nun 36-cı zirvə toplantısının Ankarada keçirilməsi Türkiyənin Alyans daxilində artan strateji rolunun göstəricisi kimi qiymətləndirilir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri siyasi şərhçi  Mürtəza Bünyadlı deyib.

Onun sözlərinə görə, ABŞ-nin NATO-da təhlükəsizlik yükünü azaltmaq niyyəti və Vaşinqtonun Avropaya yanaşmasındakı dəyişikliklər fonunda Türkiyənin əhəmiyyəti daha da yüksəlir.

O, həımçinin bildirib ki, Türkiyə NATO-nun cənub cinahının əsas dayağı, Qara dəniz regionunda mühüm təhlükəsizlik aktoru və ABŞ-dan sonra Alyansın ikinci ən böyük ordusuna sahib ölkədir.

Politoloq eyni zamanda vurğulayıb ki, Türkiyənin inkişaf etmiş müdafiə sənayesi, pilotsuz uçuş aparatları, hərbi logistika imkanları və regional əməliyyat təcrübəsi onu NATO üçün əvəzolunmaz tərəfdaşlardan birinə çevirib.

Mürtəza Bünyadlı hesab edir ki, Ankara sammiti Türkiyənin Alyans daxilində siyasi və hərbi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edə bilər.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью