Ankara Batumidəki insidentdən sonra Tbilisiyə etiraz etdi

28.11.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Batumidə “Beşiktaş” azarkeşlərinə qarşı Gürcüstan hüquq-mühafizə orqanlarının davranışını qəbuledilməz adlandırıb. 
Bizim.Media xəbər verir ki, o, baş verənlərin iki ölkə arasındakı münasibətlərin səviyyəsinə uyğun olmadığını vurğulayıb.

“Azarkeşlərimizə qarşı belə davranışla barışa bilmərik. Düşünürəm ki, bu məsələ ilə bağlı mesajlarımız qarşı tərəf tərəfindən başa düşülüb”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, Batumidə UEFA Avropa Liqasının matçı zamanı baş verən insident nəticəsində 16 Türkiyə azarkeşi saxlanılıb.
Ankara Gürcüstanın səfirini çağıraraq hadisənin hərtərəfli araşdırılmasını tələb edib.
UEFA da baş verən iğtişaşlarla bağlı araşdırmaya başlayıb.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью