Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə və İranın xarici işlər nazirləri - Hakan Fidan və Abbas Əraqçı arasında telefon danışığı olub.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə regionda baş verən son olayların fonunda gərginliyin azaldılması səylərini qiymətləndiriblər.
Qeyd edək ki, dünən prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında da İranda baş verən hadisələr diqqət mərkəzində saxlanılıb. Türkiyə lideri qonşu ölkədə sabitliyin və əmin-amanlığın bütün regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulayıb.
E. KAMAL