Ankara Məktəbi ndəki sanitar qovşağın problemi həll edildi: Qapılar quraşdırıldı

27.01.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda "Ankara Məktəbi" məktəb-liseyinin sanitar qovşağı ilə bağlı məsələ həllini tapıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq məktəb-liseydən məlumat verilib.

Bildirilib ki, sanitar qovşağa yeni qapıların qoyulması təmin olunub.

Xatırladaq ki, bir müddət öncə "Ankara Məktəbi" məktəb-liseyində sanitar qovşağın qapısının olmaması ilə bağlı sosial şəbəkə platformalarında paylaşımlar edilib. Valideynlər övladlarının mövcud vəziyyətdən əziyyət çəkdiklərini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью