Ankara Putinin səfərini gözləyir

03.03.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Türkiyə ən yüksək səviyyədə Rusiya prezidenti Vladimir Putinin səfərini gözləyir. 

"Unikal" xəbər verir ki, bu barədə Ankaradakı yüksək rütbəli diplomatik mənbə "RİA Novosti"yə açıqlayıb. 

"Biz ən yüksək səviyyədə elan etmişik ki, hörmətli Vladimir Putini gözləyirik", - deyə qeyd olunub. 

Rusiya liderinin Türkiyəyə səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı suala mənbə bildirib ki, konkret tarixlər yoxdur.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью