Ankara Rusiya Ukrayna danışıqlarının Türkiyədə keçirilməsini təklif edib

27.05.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ankara Moskvaya Rusiya ilə Ukrayna arasında növbəti danışıqların da Türkiyədə keçirilməsini təklif edib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında çıxışı zamanı bildirib.

O, danışıqların atəşkəs və sülhlə nəticələnməsinin zəruri olduğunu qeyd edərək, Türkiyənin bu prosesə hər cür dəstək verəcəyini vurğulayıb.

Hakan Fidan onu da əlavə edib ki, Rusiya tərəfi hazırda İstanbulda danışırlarda əldə edilən ikinci razılığa əsasən qarşılıqlı şərtlərin göndərilməsi üzrə işləri davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью