Icma.az, Sia Az saytına istinadən bildirir.
NATO-nun baş katibi Mark Rütte Vaşinqtonda Atlantik Şurasının tədbirində çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Ankarada keçiriləcək NATO sammiti (7-8 iyul) Haaqadakı görüşdən daha əhəmiyyətli ola bilər, çünki orada artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq.
Onun sözlərinə görə, Ankarada yeni öhdəliklər əvəzinə, artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq. NATO rəhbəri bəyan edib ki, sammitin uğuru müttəfiqlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq, silah istehsalını çoxlatmaq və Ukraynaya dəstəyi davam etdirmək üçün nə dərəcədə etibarlı bir trayektoriya təsdiqləyə bilməsindən asılı olacaq.
Mətləb