Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə davam edən münaqişə fonunda “sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyinin təmin edilməsində Ankara səhlənkarlıq və tərəddüd göstərmir” - deyib.
Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyə lideri onu da nəzərə çatdırıb ki, ölkəsinin təhlükəsizliyinə təhdid yaranarsa, müttəfiqlərlə koordinasiyada son dərəcə ehtiyatla bütün lazımi tədbirlər görüləcək.
Ankarada keçirilən tədbirdə çıxış edən Ərdoğan deyib: “Türkiyənin regional sülhə bağlılığının ilk gündən aydın olduğu bir vaxtda heç kim mehriban qonşuluq və qardaşlıq prinsiplərini sarsıdan yanlış mövqe tutmamalıdır”.
E. KAMAL