Ankara sülh çətirini açır: Türkiyənin Ukrayna münaqişəsində rolu | Icma.az
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski Ankarada görüş keçirib.
İkitərəfli münasibətlərin inkişafı və regiondakı vəziyyətin müzakirəsi baxımından vacib hesab edilən bu görüş təkcə siyasi kontekstdə deyil, həm də simvolik məqamlarla diqqət çəkib.
Məlumata görə, Ərdoğan Zelenskini yağış altında çətirlə qarşılayıb və bu jest sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Ekspertlər bu görüntünü Türkiyənin Ukraynaya verdiyi dəstəyin simvolik ifadəsi kimi dəyərləndiriblər.Eyni zamanda, bu görüşlə paralel olaraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar keçirilib.
Bu proses, geniş mənada, Ukraynadakı müharibənin gələcəyi və qlobal güclərin regional siyasətə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir.Hazırkı dövrdə Rusiya-Ukrayna münaqişəsində Türkiyə hansı istiqamətdə hərəkət edəcək?
Onların addımları dünya siyasətinə necə töhfə verəcək? Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını deputat Asim Mollazadə cavablandırıb.
Onun sözlərinə görə, Türkiyə bölgədə sabitliyin tərəfdarıdır: "Türkiyə bölgədə sabitliyin tərəfdarı olduğunu dəfələrlə bəyan edib və bu siyasətini müxtəlif beynəlxalq platformalarda nümayiş etdirir.
Tam oxu
Xəbəri oxu