Ankara tarixi Hicaz dəmir yolunun bərpasını Dəməşq ilə müzakirə edir

28.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 28 yanvar, AZƏRTAC

Türkiyə və Suriya Osmanlı imperiyasının sonuncu böyük layihəsi olan Hicaz dəmir yolunun bərpası üzrə irgə səyləri müzakirə edirlər.

AZƏRTAC “Türkiye” qəzetinə istinadla xəbər verir ki, Hicaz dəmir yolunun bərpası Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz və Suriyanın nəqliyyat naziri Yarub Bədir arasında keçirilən görüşün gündəliyində duran əsas məsələ olub.

Dəməşqdən Mədinəyə qədər 1322 kilometrlik dəmir yolu 1900-1908-ci illər arasında sultan II Əbdülhəmidin hakimiyyəti dövründə inşa edilib. Məqsədlərdən biri də paytaxt İstanbulu vahid dəmir yolu şəbəkəsi vasitəsilə müsəlmanların müqəddəs torpaqları ilə birləşdirmək idi. Birinci Dünya müharibəsindən sonra dəmir yolu bir neçə hissəyə bölünüb və sonradan əhəmiyyətini itirib. 2025-ci ilin sentyabrında Türkiyə, Suriya və İordaniya nəqliyyat nazirləri Əmmanda keçirilən görüşdə Hicaz dəmir yolunun bərpası ilə bağlı razılığa gəliblər.

Ankara Suriya ərazisində dəmir yolunun zədələnmiş 30 kilometrlik hissəsinin bərpasını dəstəkləməyə söz verib. İordaniya, öz növbəsində, lokomotivləri və relsləri saxlamaqla nəqliyyat layihəsinə töhfə verəcək ki, bu da son nəticədə Dəməşqə dəmir yolu xidmətinin bərpasını mümkün edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью