Ankara Tehran yaxınlaşması nə vəd edir? (ŞƏRH) | Icma.az
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İran və Türkiyə Xarici İşlər Nazirliklərinin son zamanlar konfidisial formatda keçirdikləri görüşlər bölgənin iki əsas müsəlman ölkəsinin regional maraqlarının uzlaşdırılması baxımından təbii və zəruri addım kimi dəyərləndirilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Türkiyənin xarici işlər naziri Hakan Fidanla onun iranlı həmkarı Abbas Əraqçi arasındakı telefon danışığını şərh edərkən deyib.
Ekspert qeyd edir ki, hər iki ölkə Yaxın Şərqdə ciddi geosiyasi mövqeyə malikdir və hərbi, diplomatik və ideoloji baxımdan təsir dairələrini qorumağa çalışırlar: "İran, son aylarda İsrail və ABŞ ilə qarşıdurmada sərgilədiyi hərbi mövqe ilə ciddi mesajlar verdi.
Balistik raket sistemləri vasitəsilə aviasiya üstünlüyünü müəyyən mənada tarazlaya biləcəyini nümayiş etdirdi.
Bununla belə, Tehranın son davranışları göstərdi ki, İran artıq daha "pozitiv müdafiə" anlayışına keçmək niyyətindədir, yəni birbaşa toqquşmadan çox, bölgədə mövqelərini strateji razılaşmalar və nüfuz dairəsi qurmaqla qorumaq istəyir".
Ekspert düşünür ki, Suriyadan İranın sıxışdırılaraq çıxarılması, gözlənildiyi kimi ölkədə sabitliyin tam bərqərar olunmasına gətirmədi: "Suriya hökuməti hazırda ölkənin yalnız müəyyən hissəsinə effektiv nəzarət edə bilir.
Mərkəzi hakimiyyətin zəifliyi onun cəmiyyətin yalnız bir qismini təmsil etməsi ilə bağlıdır.
Tam oxu
Xəbəri oxu