Ankara Türkiyə İran sərhədi ilə bağlı qərar verdi

29.01.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirlərini artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, regionda artan gərginlik fonunda sərhəd xəttində bütün zəruri tədbirlər görülür. Açıqlamada vurğulanıb ki, atılan addımlar digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir.

“Biz bölgəmizdə yeni gərginliklər və münaqişələr istəmirik. Sülh və sabitliyin təmin olunması istiqamətində səylərimizi davam etdiririk”, — bəyanatda vurğulanıb.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ABŞ-ın Tehrana mümkün zərbə endirməsi ilə bağlı səslənən təhdidlər fonunda baş verir. Rəsmi Ankara vəziyyəti yaxından izlədiyini və sərhəd təhlükəsizliyinin prioritet olaraq qaldığını qeyd edir. Əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью