Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin sürətləndirilməsi bütün region üçün əhəmiyyətli faydalar yaradacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı deyib.
“Bu proses həm ölkələr, həm də bütövlükdə region üçün əhəmiyyətli faydalar yaradacaq. Forumda müxtəlif ölkələrə müsbət siqnallar göndərəcək çox yaxşı görüşlər keçirildi. Eyni şeyi 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək BMT-nin iqlim dəyişikliyi forumu COP31-dən də gözləmək olar”, - o bildirib.
Qeyd edək ki, Yumaklı İrəvanda keçirilən COP17 forumunda Türkiyə nümayəndə heyətinə rəhbərlik edir.