Ankara və Pekin İran məsələsində səylərini birləşdirir

26.03.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Atəşkəsin əldə edilməsinə və dünyanı dinc inkişaf yoluna qaytarmaq üçün Çinlə birgə səylər göstərməyə hazırdır.

Çinin xarici işlər naziri Vanq Yi  və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında baş tutan  telefon danışığı zamanı  tərəfələr Yaxın Şərq ölkələrini sakitliyin qoruması, mübahisələrin və fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsini dəstəkləyiblər.

Ölkə.az “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə açıqlama verən Çin xarici işlər naziri Vanq Yinin sözlərinə görə,   telefon danaışığı Türkiyənin xarici işlər naziri Hakan Fidanın təşəbbüsü ilə baş tutub. Nazir Yi vurğulayıb ki, Yaxın Şərqdəki münaqişədə kimin haqlı, kimin haqsız olduğu tamamilə aydındır və beynəlxalq ictimaiyyət bu məsələdə obyektiv, qərəzsiz mövqe tutmalıdır.
Münaqişənin hazırda bölgədə sürətlə yayıldığını qeyd edən Vanq Yi hazırda əsas prioritetin sülh danışıqlarını fəal şəkildə təşviq etmək, sülh üçün fürsətlərdən istifadə etmək və gərginliyin azaldılmasını asanlaşdırmaq olduğunun vacibliyini bildirib.
V.Yi vurğulayıb ki, Çin region ölkələrinin soyuqqanlılığını qoruyub saxlamalarını və mövcud vəziyyətə rasional reaksiya vermələrini, uzunmüddətli perspektivdən yanaşmalarını, əsas maraqlarını nəzərə almalarını dəstəkləyir. Vanq Yi əlavə edib ki, Çin Türkiyənin danışıqların bərpasında konstruktiv rolunu dəstəkləyir.

Fidan öz növbəsində Türkiyə və Çinin Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı mövqelərinin əsasən üst-üstə düşdüyünü bildirib. O, hər iki ölkənin BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan hərbi hücumlara qarşı olduğunu və münaqişənin daha da şiddətlənməsinə qarşı olduğunu bildirib.
H. Fidan əlavə edib ki, Türkiyə atəşkəsin əldə edilməsinə və dünyanı dinc inkişaf yoluna qaytarmaq üçün Çinlə birgə səylər göstərməyə hazırdır.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью