Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək AZƏRTAC

15.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 15 yanvar, AZƏRTAC

“Azadlığa gedən yolun asimetrik savaşı” adlı tədbir Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Ankarada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, anım tədbirinin təşkilatçıları Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Türk Dövlətləri Təşkilatıdır.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, TADİV-in rəhbəri, professor Aygün Attar, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu və Hacı Bayram Vəli Universitetinin müəllimi professor Zakir Avşarın çıxışları planlaşdırılıb.

Müzakirə proqramı çərçivəsində TADİV-in paytaxtdakı “Şuşa” Konqres Mərkəzində “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью