Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

22.09.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Ankara şəhərində axtarışda olan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri saxlanılıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər barəsində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 6 il 3 ay müddətinə qəti həbs cəzası çıxarılıb.

Ankara Jandarm Cinayət Araşdırma Qrupu (JASAT) tərəfindən şəhər ərazisində axtarışda olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə əməliyyat keçirilib.

Əməliyyat zamanı axtarışda olan iki FETÖ üzvü saxlanılıb.

Onlar barəsində müvafiq prosedurlar həyata keçirildikdən sonra cəzaçəkmə müəssisəsinə təhvil veriliblər. /"Report" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью