Ankarada “Azərbaycan Türkiyə mədəniyyət tədbiri keçirilib | Icma.az
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq. Ankarada “Azərbaycan-Türkiyə mədəniyyət tədbiri" keçirilibMartın 7-də Ankarada yerləşən
Tədbirin açılışında çıxış edən Orta Şərq Texniki Universitetinin rektoru. Dr.
Ahmet Yozgatlıgil Azərbaycanla əlaqələrin hər bir Türkiyə vətəndaşı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.Rəhbərlik etdiyi təhsil müəssisəsinin Bakıda kompüter mühəndisliyi proqramının olduğunu xatırladan rektor, “Həmişə deyirəm ki, ODTÜ-nün dördüncü kampusu Türkiyə-Azərbaycan Universitetində (TAU) fəaliyyət göstərir.
“Türkiyə-Azərbaycan Universitetindən 90 tələbənin ODTÜ diplomu almasından çox məmnunam”, - deyə o vurğulayıb.Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov qonaqları salamlayaraq ölkəmizin zəngin tarixi-mədəni irsinə diqqət ayıraraq, Qardaş ölkədə mədəniyyətimizin təbliği istiqamətində fəal səylərin davam etdiriləcəyini vurğulayıb.Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının əsas prinsipi Azərbaycan-Türkiyə ikili münasibətlərini bütün dünyaya nümunə etməkdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri vurğulayıb ki, “Qardaşlıq bağlarımızı daha da möhkəmləndirməyə davam edəcəyik”.Konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinə bağlı "Zəngezur" rəqs qrupunun ifaları, artist Çinarə Məlikzadə və Azərbaycanın əməkdar artisti, pianoçu Turan Manafzadənin ifaları yer alıb.Diplomatlardan başqa ODTÜ-nün fakültə üzvləri və tələbələri, iki bacı ölkənin ictimaiyyət nümayəndələri də iştirak edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu