Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub AZƏRTAC

18.12.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 18 dekabr, AZƏRTAC

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankaraya rəsmi səfəri çərçivəsində dekabrın 18-də Türkiyə Böyük Milli Məclisində olub və burada türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlara başlanılıb.

Müzakirələrdən sonra parlament sədrləri mətbuata açıqlamalar verəcəklər.

Səfər çərçivəsində bundan əvvəl Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью