Ankarada boya emalı zavodunda yanğın baş verib

10.10.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda yerləşən Həsənoğlan Mütəşəkkil Sənaye Bölgəsindəki təkrar emal fabrikində baş verən yanğın nəzarət altına alınıb.

Missiya.Az xəbər verir ki, hadisə gecə saatlarında müəssisədə naməlum səbəbdən baş verib.

Ərazidə olan şəxslərin məlumat verməsindən sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım xidmətinin əməkdaşları, çoxsaylı yanğınsöndürən briqadaları və su tankerləri cəlb olunub.

Yanğının söndürülməsi üçün təxminən 4 saatlıq intensiv müdaxilə həyata keçirilib. Yanğınsöndürənlərin və tikinti texnikasının səyi nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın tam nəzarətə götürülüb.

Hazırda hadisə yerində soyutma işləri davam etdirilir. Yanğının dəqiq səbəbi ilə bağlı araşdırmalara başlanılıb.

Seyranə Quliyeva
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью