Ankarada buzlanma gündəlik həyata mənfi təsir edir

20.02.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalqcəbhəsi.az Türkiyənin “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, Türkiyənin paytaxtı Ankarada dünən gecədən başlayan qarın ardından buz bağlayan yollarda sürücülər avtomobili idarə etməkdə çətinlik çəkib.

Bəzi ərazilərdə yol-nəqliyyat hadisələri baş verib, avtomobillər qar və buz bağlaması səbəbindən yolda qalıb.

Səhər saatlarında işə və ya dərsə gedən vətəndaşların buz səbəbindən yeriməkdə çətinlik çəkdiyi müşahidə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью