Ankarada “Heydər Əliyevin 100 illiyi” medalının təqdimatı

31.01.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Türkiyədəki səfirliyində keçirilən mərasimdə Türkiyə –Azərbaycan münasibətlərinə verdiyi töhfələrə görə Mərmərə Qrupu Vəqfi rəhbəri Akkan Suverə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə verilmiş “Heydər Əliyevin 100 illiyi” yubiley  medalı təqdim edilib.

Mərasimdə çıxış edən Azərbaycan səfiri Rəşad Məmmədov deyib: “Cənab Akkan Suver uzun illər öz fəaliyyəti ilə Azərbaycan və Türkiyə xalqlarının vahid millətə yaxınlaşdırmaq işinə önəmli töhfə verib”. Akkan Suver isə bildirib: “Aldığım bu medalı fərqlənmə kimi görmürəm. Bu medal həm də mənə məsuliyyət gətirir. Bu məsuliyyət insanlığa xidmət sahəsində daha çox çalışmaq və daha məhsuldar layihələr həyata keçirməkdir”.

Xatırladaq ki, “Heydər Əliyevin 100 illiyi” medalı  Türkiyədə 2 nəfərə verilib. Ötən həftə millət vəkili, Mərmərə Qrupu Vəqfinin üzvü Şamil Ayrıma da medal təqdim edilib. 

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью