Ankarada “İRSMiras” jurnalının COP29a həsr edilmiş nömrəsi təqdim olunub | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankarada keçirilən 21-ci Kitab Sərgisi çərçivəsində “İRS-Miras” jurnalının BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının Azərbaycanda keçirilmiş 29-cu sessiyasına (COP29) həsr edilmiş növbəti nömrəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, 21-ci Ankara Kitab Sərgisində “Fəxri qonaq ölkə” elan edilmiş Azərbaycanın ekspozisiyasında jurnalın türk dilində buraxılışı təqdim olunub.
Ziyarətçilər jurnalın baş redaktoru Musa Mərcanlının Azərbaycanın iqlim böhranı ilə mübarizəyə töhfəsi mövzusunda məqaləsini oxuyublar.
Nəşrdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yaşıl layihələrdən nümunələr təqdim olunub.
Jurnal ölkəmizin enerji transformasiyası istiqamətində və ətraf mühitin mühafizəsi sahəsində atdığı addımlardan da bəhs edir.
Jurnalın yeni nömrəsində Türkiyə ilə Azərbaycan arasında uğurlu çoxşaxəli əməkdaşlıq haqqında da materiallar yer alıb.
Burada qardaş ölkələrin müxtəlif sahələrdə həyata keçirdiyi birgə layihələr haqqında geniş məlumat verilir.
Tam oxu
Xəbəri oxu