Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

21.08.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 21 avqust, AZƏRTAC

Türkiyədə kömür mədənində baş verən uçqun nəticəsində bir nəfər həlak olub, 20 işçi yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə avqustun 21-də yerli vaxtla saat 18.00 radələrində Ankara vilayətinin Beypazarı rayonunda qeydə alınıb.

Qəza yerinə çoxsaylı tibbi briqadalar və xilasedicilər göndərilib. Yaralılar Beypazarı Dövlət Xəstəxanasına aparılıb.

“Çayırhan” kömür mədənində yaşanan hadisənin səbəbləri araşdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью