Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Ankara şəhərində keçirilən əməliyyatlar nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 995 nəfər tutulub.
Redaktor.az xəbər verir ki, bu barədə Ankara Valiliyindən məlumat verilib.
16-22 may tarixləri arasında polis və jandarma qüvvələrinin şəhər üzrə həyata keçirdiyi tədbirlər çərçivəsində:
20 il və üzəri həbs cəzası olan 5 nəfər,
10 il və üzəri həbs cəzası olan 18 nəfər,
5-10 il arası həbs cəzası olan 40 nəfər,
5 ilə qədər həbs cəzası olan 303 nəfər və ifadəsi alınması üçün axtarılan 629 nəfər olmaqla, ümumilikdə 995 nəfər saxlanılıb.
Əməliyyatların ictimai asayişin qorunması məqsədilə davam etdiriləcəyi bildirilib.
Kənan YUSİF