Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə təhlükəsizlik qüvvələri sosial şəbəkələrdə iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti zamanı zorakılıq aktının törədilməsinə dair göstərişlər verən "İslam Dövləti" (İŞİD) qruplaşmasının yaraqlısını zərərsizləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.
Məlumata görə, polis iyunun 23-də sammit ərəfəsində keçirilən antiterror əməliyyatı çərçivəsində evlərin birində reyd keçirib. Təhlükəsizlik qüvvələrinə müqavimət göstərən yaraqlı yaralanıb, xəstəxanaya yerləşdirilib və oradan qaçmağa cəhd edərkən ölüb. Əməliyyat zamanı onun həyat yoldaşı da yaralanıb.
Məryəm Quliyeva