Icma.az, Baku.ws saytına istinadən bildirir.
Türkiyədə Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaşla bağlı istintaq prosesinin başlanmasına rəsmi icazə verilib.
BAKU.WS "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi təkcə Mansur Yavaş haqqında deyil, eyni zamanda Ankara bələdiyyə məclisinin 38 üzvü barəsində də araşdırma aparılmasına razılıq verib.
Onlar məhkəmə qərarlarının icra edilməməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və vətəndaşların üzləşdiyi çətinliklərə səbəb olmaqda ittiham olunurlar.
Bu qərar Ankaranın Gölbaşı rayonunun İncek məhəlləsində yerləşən 90 hektarlıq ərazi üzrə yenidənqurma planı ilə bağlı uzun illərdir davam edən hüquqi və inzibati mübahisələr fonunda qəbul edilib.