Ankarada saxta alkaqoldan 30 dan çox insan öldü

07.02.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Türkiyənin paytaxtı Ankarada saxta spirtli içki səbəbindən 30-dan çox insan ölüb.

Bakupost.az “NTV” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Ankara valisi Vasip Şahin açıqlayıb.1

Onun sözlərinə görə, saxta spirtli içkidən 33 nəfər həyatını itirib, daha 20 nəfər isə hazırda reanimasiyadadır.

V.Şahin, həmçinin qeyd edib ki, bazarda saxta spirtli içkinin peyda olması ilə bağlı aparılan araşdırma çərçivəsində 32 nəfər saxlanılıb, onlardan 13-ü artıq həbs edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью