Ankarada saxta içki faciəsi davam edir: ölənlərin sayı artdı

10.02.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankarada saxta spirtli içkilərdən ölənlərin sayı 38-ə yüksəlib.

AZXEBER.COM axrici mətbuata istinadən xəbər verir ki, Ankarada daha bir saxta spirtli içki faciəsi baş verib. Son açıqlamaya görə, saxta spirtli içkilər səbəbindən həyatını itirənlərin sayı 38-ə yüksəlib. Saxta spirtli içki istehsal edən və satan şəxslərə qarşı aparılan əməliyyatlarda saxlanılanların sayı isə 19-a yüksəlib.

Qeyd edək ki, yanvarın 14-dən indiyədək İstanbulda saxta spirtli içkilər səbəbindən 70 ölüm hadisəsi baş verib. Ankarada ilin əvvəlindən 33 nəfər həyatını itirib. İstanbulda isə yanvarın 14-dən fevralın 6-dək saxta spirtli içkilər səbəbindən 70 nəfər həyatını itirib, 150 nəfər xəstəxanaya yerləşdirilib.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью