Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla anıb AZƏRTAC

12.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 12 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ankaraya səfəri çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, general-polkovnik E.Quliyev Türkiyə paytaxtında Heydər Əliyev Parkında olub, müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarının abidəsi önünə gül dəstələri qoyub.

Səfər çərçivəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi qardaş ölkənin bir sıra struktur və idarələrinin rəhbərləri ilə görüşlər keçirəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью