Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib AZƏRTAC

12.12.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 12 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ankaraya səfəri çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, general-polkovnik E.Quliyev Türkiyə paytaxtında Heydər Əliyev Parkında olub, müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarının abidəsi önünə gül dəstələri qoyub.

Səfər çərçivəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi qardaş ölkənin bir sıra struktur və idarələrinin rəhbərləri ilə görüşlər keçirəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью