Ankarada “Şuşa” musiqi qrupunun konserti keçirildi

14.11.2024

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 13-də Ankaradakı Necip Fazıl Mərkəzində “Şuşa” musiqi qrupunun konserti olub.

Kulis.az xəbər verir ki, qrupun bədii rəhbəri Elçin Hətəmlinin sözlərinə görə, qrupun yaradılması haqqında qərar dörd il əvvəl - Azərbaycanın mədəniyyət paytaxtının erməni işğalından azad edildiyi gün verilib.

“Biz Şuşa şəhərinin adını qürur və məsuliyyətlə daşıyırıq. Bugünkü konsert Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub”, - deyə bədii rəhbər bildirib.

Onun sözlərinə görə, “Şuşa” musiqi qrupunun məqsədi Azərbaycanın mədəni irsinin Türkiyədə və onun hüdudlarından kənarda qorunub saxlanmasına və təbliğinə töhfə verməkdir.

Məşhur yazıçı vəfat etdi "Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü Filmimiz beynəlxalq festivallarda uğur qazandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью