Ankarada terror təşkilatlarına qarşı istintaq çərçivəsində 23 şübhəli həbs edilib

30.11.2024

Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.

"Operativ Media" xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən FETÖ/PDY və PKK/KCK təşkilatlarına qarşı iki istintaq aparılıb.

Məlumata əsasən, istintaq çərçivəsində FETÖ/PDY ilə bağlı 35 şübhəlidən 33-ü tutulub. Saxlanılanlardan 14-ü həbs edilib, 19-u məhkəmə nəzarəti ilə azad edilib, 2 şübhəli barəsində isə axtarış qərarı çıxarılıb.

PKK/KCK ilə bağlı aparılan digər istintaqda 15 şübhəlidən 14-ü tutulub. Bu şəxslərdən 9-u həbs edilib, 5-i məhkəmə nəzarəti ilə azad edilib, 1 şübhəli barəsində axtarış qərarı çıxarılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью