Ankarada təyyarədə poverbank alışdı: Sərnişinlər təxliyə edildilər

05.06.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Türkiyədə "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin poverbankının tüstülənməsi səbəbindən uçuş-enmə zolağında dayanıb və sərnişinlər təxliyə olunublar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Turkiye Today" nəşri məlumat yayıb.

Hadisə Ankaradakı hava limanında baş verib. Dördpendirli pizza

Ankara-İzmir marşrutu üzrə müntəzəm reys həyata keçirməli olan hava gəmisi uçuş-enmə zolağına doğru hərəkət edərkən sərnişinlərdən birinin poverbankı tüstülənməyə başlayıb. Bundan sonra ekipaj sərnişinlərin təxliyəsi barədə qərar qəbul edib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib./Oxu.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью