Ankarada Türk dünyasının tanınmış müğənnilərinin konserti olacaq

22.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin Respublika Gününün 103-cü ildönümü münasibətilə təşkil etdiyi mədəni tədbirlər proqramı çərçivəsində oktyabrın 28-də “Ankara Arena”da Türkiyə Prezident Simfonik Orkestrinin müşayiət ilə Türk dünyasının ulduzlarının iştirak edəcəkləri konsert keçiriləcək. Daha bir konsert oktyabrın 29-da Ankaranın Beştəpə rayonundakı Prezident Kompleksində təşkil olunacaq.

XQ bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun açıqlamasına istinadla xəbər verir.

Nazir qeyd edib ki, konsertlər türk dövlətlərinin dərin kök salmış qardaşlıq əlaqələrinin və ortaq mədəni irsinin universal musiqi dili vasitəsilə əks olunmasına imkan verəcək.

Can Deliormanın dirijorluğu ilə Prezident Simfonik Orkestri məşhur əsərləri ifa edəcək. Konsertdə soprano Zarina Altınbayeva (Qazaxıstan), soprano Zaira Raimbekova (Qırğızıstan), tenor Ümid Şavkat Uqli (Özbəkistan) və tenor Ramil Qasımov (Azərbaycan) çıxış edəcəklər.

Konsertin qonağı TÜRKSOY-un ən yüksək adlı mükafatı olan “Türk dünyasının mədəniyyət səfiri” ordeninə layiq görülmüş Qazaxıstan və Qırğızıstanın Xalq artisti Dimaş Qudaibergen olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью