Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 2 fevral, AZƏRTAC
Fevralın 2-də, bazar ertəsi günü Ankarada xarici işlər nazirləri Hakan Fidan və Yermek Koşerbayevin sədrliyi ilə Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, müzakirələr iki ölkə arasında, xüsusən də ticarət, investisiya, enerji, nəqliyyat, müdafiə sənayesi, təhsil, humanitar və mədəni əlaqələr kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün atılan addımlara yönəlib.
Ankara dəfələrlə Astana ilə çoxtərəfli platformalarda, xüsusən də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Gündəlikdə duran daha bir məsələ Orta Dəhliz boyunca nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsidir.
Tərəflər ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmağı hədəfləyir.
İclasdan əvvəl xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara