Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankara, 27 yanvar, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 27-də Ankarada fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, xarici işlər nazirləri arasında görüş mətbuat üçün qapalı keçirilib.
Türkiyə Xarici İşlər Nazirliyi əvvəllər xarici işlər nazirləri arasında danışıqların gündəliyinin prioritetlərini açıqlayıb.
Qardaş ölkənin nazirliyi iki ölkə arasında dialoqda müsbət impulsun Ankara və Parisin strateji vizyonu işığında qorunub saxlanılacağına ümid etdiyini bildirib. Bu baxımdan, fevralın 17-də İstanbulda keçirilməsi planlaşdırılan İqtisadi və Ticarət Əlaqələri üzrə Birgə Komissiyanın (JETCO) səkkizinci iclasının əhəmiyyəti vurğulanıb.
Ankara ilə Brüssel arasındakı münasibətlər kontekstində bu mövzudan ayrı-ayrı Avropa dövlətlərinin daxili gündəliyini formalaşdırmaq üçün istifadə etməyin yolverilməzliyi qeyd olunub.
Görüşdə Moskva ilə Kiyev arasında ədalətli və davamlı sülhə nail olmaq üçün səylərin davam etdirilməsinin vacibliyinə də diqqət yetirilib.
Suriyadakı vəziyyətlə bağlı Türkiyə Xarici İşlər Nazirliyi qonşu ölkənin ərazi bütövlüyünün və birliyinin Türkiyənin milli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara