Ankarada Ulu Öndər Heydər Əliyevin nurlu xatirəsi anılıb

06.05.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 6 may, AZƏRTAC

Mayın 6-da Ankarada Ümummilli Lider və müasir Azərbaycanın memarı Heydər Əliyevin xatirəsinin yad edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə paytaxtındakı Heydər Əliyev Parkına toplaşan tədbir iştirakçıları dahi dövlət xadiminin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, diplomatlar, müxtəlif struktur və təşkilatların əməkdaşları, iki qardaş ölkə ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev adına məktəbin şagirdləri iştirak ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью