Ankarada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb AZƏRTAC

11.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 11 dekabr, AZƏRTAC

Ankarada Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev parkına toplaşan tədbir iştirakçıları müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarının abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, diplomatlar, müxtəlif struktur və təşkilatların əməkdaşları, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev adına məktəbin şagirdləri iştirak ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью