Ankarada zəlzələ: insanlar küçəyə axışdı

17.02.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin paytaxtı Ankarada zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yenimahalle rayonunda baş verən zəlzələ 3.5 bal gücündə olub.

Zəlzələ yerin təxminən 11,48 kilometr dərinliyində baş verib.

Xüsusilə şəhərin qərbində hiss edilən zəlzələ səbəbindən insanlar evlərindən və iş yerlərindən küçələrə çıxıblar.

Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью