Ankarada zəncirvari qəzada 31 nəfər yaralanıb

14.01.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Çubuk-Ankara magistral yolunun Güldarpı məhəlləsində iki mikroavtobus və işçiləri aparan iki avtobusun iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “gazetevatan.com” saytı məlumat paylaşıb.

Nəqliyyat vasitələrinin sürücüləri xəsarət almadan qəzadan xilas olublar.

Mikroavtobuslardan birinin şəhər daxilində sərnişin daşıdığı öyrənilib.

Qəza nəticəsində 31 nəfər xəsarət alıb. Şəhərdəki xəstəxanalara çatdırılan yaralıların ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью